30 Mart 2023 10:06
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları son sutka ərzində Baxmut və ətrafında hücum əməliyyatlarını davam etdirərək, şəhərin cənub və cənub-qərb hissələrinə doğru irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.

Amerikalı təhlilçilər Rusiya qüvvələrinin Baxmut şəhərindən iki kilometr aralıda - Xromov rayonunda olduqlarını deyirlər. Dünən gün ərzində bu istiqamətdə döyüşlər gedib.

Təhlildə Rusiya Silahlı Qüvvələrinin nizami bölmələrinin “Vaqner” qrupuna dəstəyinin artmasına da diqqət çəkir. “Vaqner”in hücumlarının artması onunla bağlıdır ki, nizami qoşunlar Ukraynanın potensial əks-hücumlarından qorunmaq üçün şəhərin şimalı və cənubunda möhkəmləniblər.

Baş Qərargahdan verilən məlumata görə, rus işğalçılarının hücumları Baxmutdan 11 km şimal-qərbdə Orikove-Vasilivka və Boqdanivka rayonlarında, Baxmutdan 16 km şimal-qərbdə İvanovsk, Predteçin və Ozaryanivka rayonlarında dəf edilib. Baş Qərargah rusların Baxmutun mərkəzinə qismən uğurlu hücumlarını təsdiqləyib, amma təfərrüatsız.

Müharibənin ilk günündən rusların hücum etdiyi Avdivin indi üç tərəfdən mühasirəyə alındığı da bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər