ABŞ-ın Milli Kosmos İdarəsi (NASA) 50 ildən sonra ilk dəfə Aya uçacaq kosmonavtların adlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NASA-nın açıqlamasında bildirilir.
Ekipaja komandir Reyd Vayzmen, pilot Viktor Qlover, missiya mütəxəssisləri Kristina Hammok Kox və Ceremi Hansen daxildir.
NASA direktoru Vanessa Veç yeni missiya ilə bağlı deyib:
“50 ildən artıq müddətdə ilk dəfə olaraq bu insanlar – “Artemida 2”nin ekipajı Aya uçan ilk insanlar olacaq. Bu missiya kosmosun dərinliyində insan araşdırmasının genişlənməsinə yol, elmi kəşflər, kommersiya, sənaye və akademik əməkdaşlıqlar üçün yeni imkanlar açır”.
Bu, Reyd Vayzmenin kosmosa ikinci uçuşu olacaq. Yeni missiyanın komandanı kosmosda 165 gündən çox vaxt keçirib.
“Artemida 2” həm də əvvəllər NASA-nın “SpaceX Crew-1” kosmik gəmisində pilot kimi çalışmış Viktor Qlover üçün ikinci kosmik uçuş olacaq.
Amerikalı kosmonavt Nil Armstronq 1969-cu ilin 16-24 iyulunda “Apollon-11” kosmik gəmisinin komandiri qismində tarixdə ilk dəfə Aya uçub. Armstronq iyulun 20-də ekipajı ilə birlikdə Ayda “Sakitlik Dənizi”nə enib.