Tailandda son 30 ilin ən şiddətli musson yağışları selə səbəb olub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 14 nəfərin öldüyü bildirilib. Bölgədə 1400 kənddə 37 min ev, 237 məktəb və 17 dövlət idarəsi su altında qalıb. Təbii fəlakətdən 107 min insan ziyan görüb.
Rəsmilər bəzi yerlərdə suyun səviyyəsinin 1,4 metrə çatdığını qeyd ediblər.
Samir