Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalınla görüşüb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Moskvada baş tutan görüş zamanı tərəflər “Akkuyu” AES-in açılışının hazırlıqları barədə fikir mübadiləsi aparıblar.
Peskov Rusiyanın açılışı mərasimində lazımi səviyyədə təmsil olunacağını da əlavə edib.