7 Aprel 2023 17:20
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Blumberq” agentliyi mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərində iştirak edəcək müxalifəti yaxından izləyir.

Teleqraf.com xəbər verir ki, agentliyin seçki ilə bağlı dərc etdiyi yeni təhlildə müxalifətin Millət İttifaqının vahid namizədinin xarizmasının olmadığı deyilir.

Müxalifətə və onun namizədinə izləməli olduqları “yol xəritəsi”nin təqdim edildiyi təhlildə prezidentliyə namizəd və CHP sədri Kamal Kılıçdaroğlunun iddialı müttəfiqlərini öz tərəfində saxlamaq üçün başqa bir tarixi şəxsiyyətin bəzi liderlik istedadından istifadə edə biləcəyi vurğulanır.

Kılıçdaroğlunun fotosunu dərc edən agentlik yazır:

“Sakitdir? Bəli. Xarizmatikdir? Yox. Müxalifət namizədi Kılıçdaroğlu açıq şəkildə xarizmadan məhrumdur”.

Təhlildə Kılıçdaroğlu qeyri-adi dərəcədə sakit olduğuna görə Hindistan lideri Qandiyə bənzədilir. Hətta cüzi fiziki oxşarlıqlarının olduğu da vurğulanır.

Digər tərəfdən, Kılıçdaroğluna ortaqlarını yanında saxlaması təklif edilir və ABŞ-ın mərhum prezidenti Avraam Linkoln haqda yazılmış “Rəqiblər Komandası” kitabı xatırladılır:

“Müttəfiqlərini öz tərəfində saxlamaq üçün Kılıçdaroğluna başqa bir tarixi şəxsiyyətin liderlik qabiliyyəti lazım olacaq: Avraam Linkoln. Kılıçdaroğlu Doris Qudvinin Pulitzer mükafatı qazanmış Linkoln haqda əsərini dərhal oxumağa başlamaq istəyə bilər”.

Məqalədə konstitusiyaya bəzi düzəlişlər etmək istəyən müxalifətin üzləşdiyi çətinliklərdən də söz açılır:

“Konstitusiyanı kökündən dəyişdirmək üçün Kılıçdaroğlu prezidentliyi, Millət İttifaqı isə parlamentdə beşdə-üç səs çoxluğunu qazanmalıdır. Bu mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər