8 Aprel 2023 00:46
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zelenski ölkəni korrupsiyadan təmizləyə bilmədi. Bunu sona qədər edə bilmədi. Ukraynaya bunu edə bilən prezident lazımdır".

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Yutub kanalına müsahibəsində deyib.

Jurnalistin "Ukraynanın Polşa ilə ittifaqının Kiyevi korrupsioner məmurlardan xilas etməyə kömək edəcəkmi?" sualına Arestoviç belə cavab verib:

“Ukraynaya yalnız bir şey lazımdır: oğurluq etməyəcək bir adamın hakimiyyətə gəlməsi. Özü də etməyəcək və başqalarına da bunu etməyə imkan verməyəcək. Təəssüf ki, indiyə qədər bəxtimiz gətirmədi”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər