8 Aprel 2023 19:11
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin dekabrında Rusiya və ABŞ arasında məhbus mübadiləsi zamanı azad edilən rusiyalı silah taciri Viktor But ABŞ-ın keçmiş prezidenti Donald Trampı Moskvaya dəvət edib.

Teleqraf.com xəbər verir ki, But Trampın ona qarşı açılan cinayət işinə görə çətin günlər yaşadığına inandığını deyib.

“ABŞ-ın keçmiş prezidenti Donald Trampa teleqram göndərdim. İlk növbədə onun həyatının təhlükədə olduğuna inanıram. Nyu-Yorkda başlayan məhkəmə prosesi Donald Trampın mühakimə olunması və məhkəmədə şansını itirməsi ilə bitməyəcək”, - o bildirib.

But həmçinin Trampı Moskvaya dəvət edərək, qlobalistlərə qarşı mübarizədə Amerika xalqını xilas edə bilməsi üçün ona müdafiə və siyasi sığınacaq təklif edib.

ABŞ-ın xüsusi əməliyyatı ilə yaxalanan “Ölüm Taciri” ləqəbli But 2011-ci ildə 25 il həbs cəzasına məhkum olunmuşdu. Amma 2022-ci ildə 32 yaşlı amerikalı qadın basketbolçusu Brittni Qrinerin ekstradisiyası müqabilində sərbəst buraxılıb və ölkəsi Rusiyaya qaytarılıb.

Tramp barəsində 34 ittiham üzrə cinayət işi açılıb. Məhkəmə prosesi başlayan sabiq prezidentin hər ittiham üzrə dörd il həbsi tələb olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər