İspaniya dörd “Tayfun” qırıcısını Estoniyaya göndərib.
Axar.az xəbər verir ki, göndərilən “Tayfun” qırıcıları yanvar ayı boyunca Estoniya, Latviya və Litvanın hava məkanında patrul uçuşlarını həyata keçirəcəklər.İspaniyadan öncə isə Baltik ölkələrinin hava məkanını Almaniyaya məxsus qırıcılar qoruyurdu.
Qeyd edək ki, Rusiya təyyarələrin Baltik ölkələrinin hava məkanını tez-tez pozmasından sonra NATO sözügedən ölkələrdə təhlükəsizlik tədbirlərini gücləndirib.