Türkiyəli müğənni İbrahim Tatlısəs millət vəkilliyinə namizəd olmayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında yazan sənətçi Prezident Rəcəb Tayyib Ərdoğanla fotosunu da paylaşıb.
“Biz bu rəsmin aşiqiyik, başqa heç nə məni maraqlandırmır. Deputat oldum-olmadım, problem yoxdu. Həmişə prezidentimin yanında yerim var. Bunu belə bilin”, - Tatlısəs bildirib.
Müğənni əlavə edib:
“Mənim məsələm Türkiyədir! Mənim məsələm Urfadır! Mənim məsələm hörmətli Ərdoğandır. Qalanı təfərrüatdır”.
İbrahim Tatlısəs bundan əvvəl dörd dəfə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkilliyinə namizəd olub.