13 Aprel 2023 08:00
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın maliyyə nazirinin müavini Adevale Adeyemo Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla Vaşinqtonun anti-Rusiya sanksiyalarından yayınmanın qarşısını almaq üçün gördüyü tədbirlərə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində deyilir.

“Adeyemo ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından və ixrac nəzarətindən yayınması üçün Birləşmiş Ştatların ümumi səylərini vurğulayıb”, - açıqlamada bildirilir.

Bundan əvvəl ABŞ 10 ölkədən 28 hüquqi şəxsə, o cümlədən Rusiyadan 10, Ermənistandan da eyni sayda hüquqi şəxsə sanksiya tətbiq edib. ABŞ Ticarət Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Rusiya silahlı qüvvələrinə və ya hərbi sənaye kompleksinə dəstək məqsədilə Amerika mənşəli məhsulların alınması üçün ixraca nəzarət tədbirlərindən yan keçmə cəhdləri ilə əlaqədardır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər