Türkiyənin Van şəhərinin Çaldıran rayonunda 4 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Bakı vaxtı ilə 08:07-də qeydə alınan zəlzələnin ocağı 7 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.