İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizi ölkəsinə səfərə dəvət göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.
“İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin Ər-Riyada səfər dəvətini qəbul edib, cavab olaraq Səudiyyə Ərəbistanı kralına Tehrana səfər üçün yazılı dəvət göndərib”, - Kənani bildirib.