“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan-Türkiyə ilə bağlı deməliyəm ki, bəli, ölkələrimiz arasında normal münasibətlər qurmaq üçün böyük imkan var. Etiraf etməliyəm ki, Türkiyədə baş verən son fəlakətli zəlzələyə bəşəri, qonşuluq dəyərlərinə əsaslanan məntiqlə cavab vermək qərarına gəldikdən sonra bu ehtimal siyasi, diplomatik, insani dəyərlərə görə artıb”, - baş naziri bildirib.
Paşinyan əlavə edib:
“Türkiyə hökuməti və ictimaiyyəti addımlarımızı düzgün qəbul etdi. Bu müddət ərzində tarixə və ondan irəli gələn problemləri qavramaq perspektivimizi dəyişməsəydik, Türkiyəyə xilasedici dəstə və humanitar yardım göndərmək qərarına gəlməzdik. Əgər bunlar yuxarıda qeyd etdiyimiz formada qalsaydı, o yardımı göndərməzdik. Türkiyə bizim səmimiyyətimizə inanmasaydı, körpünü açmazdı. Ararat Mirzoyan Türkiyədə olarkən Xarici İşlər Nazirliyinin binası qarşısında onlarla Ermənistan bayrağı dalğalanırdı və onlar sadəcə mərasim atributu deyil, ümidsizlik olan yerdə ümidin yarana biləcəyi heyrətamiz rekorddur.
Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi həqiqətən də açılacaq və normal qonşuluq münasibətləri üçün zəmin yaranacaq. Bu baxımdan, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı razılaşmanın yaxın aylarda həyata keçirilməsi çox vacibdir”.