19 Aprel 2023 00:28
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT bu təşkilatın Baş katibi Antonio Quterreşin telefonlarının dinlənilməsi ilə bağlı xəbərlərdən ABŞ-a rəsmi narahatlığını bildirib.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında söyləyib. O deyib: “BMT-nin Baş katibinin və digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığımızı rəsmi olaraq bu ölkəyə bildirdik. Bu cür hərəkətlər BMT-nin Nizamnaməsində, BMT-nin imtiyazları və immunitetləri haqqında Konvensiyasından irəli gələn ABŞ öhdəliklərinə uyğun gəlmir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər