Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Kamal Kılıçdaroğluna qarşı şəxsi hüquqlarının pozulduğu əsası ilə qaldırdığı iki ayrı məhkəmə iddiasında 105 min lirə mənəvi təzminat qazanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın məlumat verib.
“Ankara 38-ci Asliyə Cəza Məhkəməsi prezidentimizə “xaricə qaçacaq” böhtanını atan Kamal Kılıçdaroğlunu bu böhtana görə 50 min lirə, başqa bir çıxışında təhqir etdiyinə görə isə 55 min lirə mənəvi təzminat cəzasına məhkum edib”, - vəkil bildirib.