2 Yanvar 2015 00:50
1 771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsəd cəbhə xəttində olub. O, 2011-ci ildən indiyə kimi vətəndaş müharibəsi davam edən Suriyada belə gedişləri nadir hallarda edir. Bəzi hesablamalara görə, bu il Suriyada 76 min adam ölüb.

Suriya dövlət televiziyası Bəşər Əsədin Yeni ili Cobarda yerləşən hərbi birləşmə ilə birlikdə keçirdiyini əks etdirən kadırlar nümayiş etdirib. Həmin ərazidə son vaxtlar üsyançılarla hökumət qüvvələri arasında intensiv döyüşlər gedir.

Prezident şorbanı və suda qaynadılmış kartofu hərbçilərlə bir yerdə yeyib. Arxa fonda isə ara-sıra atışma səsləri aydın eşidilib.

“Yeni ildə ailədə hamı bir araya gəlir. Ancaq siz qərar vermisiz ki, vətəni qorumaq üçün burada olmaq lazımdır. Yeni il münasibəti ilə sizinlə bir yerdə olmaqdan məmnunam”, deyə prezident hərbçilərə xitab edib.


musavat.com


Müəllif:

Oxşar xəbərlər