23 Aprel 2023 12:06
8 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək seçkilərə 21 gün qalmış rəy araşdırmaçısı Fərhad Murad qatıldığı televiziya proqramında “Areda Survey” Mərkəzinin keçirdiyi son sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, sorğuda Prezident Rəcəb Tayyib Ərdoğan 51.4 faiz səs toplayıb.

Türkiyə liderinin ən yaxın rəqibi CHP sədri və “Yeddilik” blokunun prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun isə 41.8 faiz səsi var.

Seçkilərin ilk turunda Prezident Rəcəb Tayyib Ərdoğan qazanacaqmış kimi görünərkən, mümkün ikinci turla bağlı nəticələr də diqqət çəkir. Sorğuya görə, seçki ikinci tura qalsa, Ərdoğan 53.5 faiz səs toplayacaq. Kamal Kılıçdaroğluda isə bu rəqəm 46.5 faiz ola bilər.

Araşdırmada partiyaların səs nisbətləri də müəyyən edilib. AKP və Cümhur İttifaqı böyük fərqlə irəlidə görünür. AKP 41.1, ən yaxın rəqibi CHP isə 25.4 səsə malik olub.

Fərhad Murad son bir aydakı səs dəyişikliyi ilə bağlı mühüm məqamları da bölüşüb.

Son bir ayda Prezident Rəcəb Tayyib Ərdoğan və AKP-nin irəli sürdüyü projelər və gələcəklə bağlı atdığı addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Fərhad Murad bu səbəbdən son bir ayda Ərdoğanın səslərinin 50.6-dan 51.4 faizə yüksəldiyini deyib.

Kamal Kılıçdaroğlu dəyişiklik edə bilməyib – 41.8 faizdə qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər