2 Yanvar 2015 03:24
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail HHQ-nin qırıcıları dünən Beyrut səmasında görünüb. Onlar Livanın paytaxtı üzərində aşağı məsafədən uçuş həyata keçirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, pilotlar gün ərzində Beyrut üzərində manevrlər ediblər. Onlar Livanın cənub rayonlarında "Hizbullah" şiə qruplaşmasının qərargahlarını vurmağı məşq ediblər.

Daily Star-ın məlumatına görə, İsrail təyyarələri Livan səmasında 17 saat uçuş həyata keçiriblər.

Qeyd edək ki, "Xizbullah"ın İran tərəfindən yeni sılahlarla təmin edildiyi xəbəri yayıldıqdan sonra İsrail təyyarələri tez-tez Livanın hava məkanını pozmağa başlayıb.

Nihad


Müəllif: