2 Yanvar 2015 07:29
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-dən etibarən Litva ümumi Avropa valyutasına keçərək avrozonanın 19-cu ölkəsi olub.

Bu Vilnüsün avrozonaya daxil olmaq üçün ikinci cəhdidir. 2007-ci ildə ilk cəhd güclü inflyasiya ilə əlaqədar baş tutmasa da, hazırda ölkənin yüksək iqtisadi artımı Avropa Komissiyasının müsbət qərarına səbəb olub. Sosioloji sorğuya görə hökumətin bu addımı əhalinin əksəriyyətinin dəstəyini qazanıb.

Avronun dövriyyəyə buraxıldığı ilk altı ay ərzində ölkənin iri ticarət şəbəkələri qiymətləri iki valyuta ilə göstərəcək. Bu müddətdə əhali liti avroya pulsuz dəyişə biləcəklər.

Litvalıların çoxu avro zonasına birləşmənin Qərblə əlaqələri möhkəmlətmək və Ukraynadakı hadisələrlə bağlı qonşularını qorxuya salan Rusiyadan daha bir addım uzaqlaşmaq kimi dəyərləndirirlər.


Müəllif:

Oxşar xəbərlər