Müdafiə naziri Hulusi Akar Moskvada Türkiyə, Rusiya, Suriya və İran müdafiə nazirlərinin görüşünün keçiriləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir görüşün aprelin 25-də keçiriləcəyini deyib.
“Sabah Moskvada Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır”, - Akar bildirib.
Ötən ilin dekabrında Rusiya Türkiyə və Suriya müdafiə nazirləri arasında son 11 ildə ilk danışıqlara ev sahibliyi edib. 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri iki ölkə arasında əlaqələr dayandırılmışdı.