25 Aprel 2023 00:47
2 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ərzaq böhranı təhlükəsi səbəbindən taxıl müqaviləsinin uzadılmasına çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə 100TV kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, müqavilə müddəti uzadılmasa dünyada pandemiya dövründə olduğu kimi ərzaq böhranı yaşanacaq.

“Taxıl tədarükü bütün dünya üçün vacibdir, bu istiqamətdə səylərimizi gücləndirmişik, Rusiyanın tələblərini ödəməyə çalışırıq. Bu baş verərsə, müqavilənin müddəti uzadılacaq. May ayında bunu etmək vacibdir, əks halda dünyada pandemiya dövründə olduğu kimi ərzaq böhranı yaşanacaq”- deyə nazir vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər