ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nyu-Yorka səfəri zamanı onu müşayət etməli olan jurnalistlərə Amerika vizalarının verilməsindən imtina ilə bağlı məsələni şərh etməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bildiyiniz kimi, viza işlərinə baxılması və cavablandırılması qanuni olaraq Dövlət Departamentinin səlahiyyətindədir. Bu barədə şərh vermək istəməzdim. Mən sizi Dövlət Departamentinə yönləndirirəm”, - deyə Sallivan qeyd edib.