İran Ekspertlər Şurasının üzvü, ölkənin dini lideri Əli Xameneyinin Sistan və Bəlucistan əyalətindəki keçmiş nümayəndəsi Abbas Əli Süleymani qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mazandaran əyaləti rəhbərinin siyasi təhlükəsizlik üzrə müavini Ruhullah Solqi məlumat verib.
Süleymaninin Mazandaran vilayətinin Babulsər şəhərində öldürüldüyünü və olayın səhər saatlarında baş verdiyini deyib. Solqi şübhəlinin təhlükəsizlik orqanları tərəfindən tutulduğunu və detalların daha sonra açıqlanacağını vurğulayıb.