28 Aprel 2023 08:43
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Baydenin hazırkı administrasiyasının yürütdüyü siyasət nəticəsində ABŞ yeni Böyük Depressiya ilə üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışında deyib.

D.Tramp qeyd edib ki, 2024-cü il prezident seçkilərində qalib gəlsə, hasilatı artıraraq enerji qiymətlərinin aşağı düşməsinə nail olacaq. "Quyular qazacağımız üçün inflyasiyaya son qoyacağıq", - deyə respublikaçı bildirib.

O iddia edib ki, "enerji qiymətləri düşərsə, digər qiymətlər də düşəcək. "Faiz dərəcəsini aşağı salıb ölkəmizi geri qaytaracağıq. Çünki indi getdiyimiz istiqamətə görə biz depressiya təhlükəsi ilə üz-üzəyik. 1929-cu il kimi depressiyaya doğru gedirik, lakin biz buna imkan verməyəcəyik", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, Böyük Depressiya dedikdə 1929-cu ildə başlanmış və 1939-cu ilə qədər davam etmiş dünya iqtisadi böhranı nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər