29 Aprel 2023 20:08
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka “Patrioterne Gar Live” (“Vətənpərvərlər Canlı Yayımda”) adlı marjinal qrupun islamofob və ultra-millətçi üzvü Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında yenidən Türkiyə bayrağı və Quranı təhqir edib.

Teleqraf.com xəbər verir ki, İslam əleyhinə pankartlar açan, bu dini təhqir edən şüarlar səsləndirən, Türkiyə bayrağına sayğısızlıq göstərən təxribatçı bu anları Tvitter hesabında canlı yayımlayıb.

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar dünən Danimarkada başlayan səsvermə ilə əlaqədar səfirliyə gələn türk seçicilər təxribata reaksiya veriblər.

Türkiyə vətəndaşlarından biri türk bayrağını yerdən qaldırarkən və təxribatçıya xəbərdarlıq edərkən, Danimarka polisinin müdaxiləsi ilə qarşılaşıb. Polis Türkiyə vətəndaşına təxribata qarışmamaq barədə xəbərdarlıq edərkən, təxribatçının təhlükəsizliyini təmin etməyə davam edib.

Səsverməyə gələn Türkiyə vətəndaşları təxribatçıya şifahi reaksiya göstərərək, belə bir hərəkətin qəbuledilməz olduğunu və düzgün olmadığını bildiriblər.

Təxribat zamanı heç bir zorakılıq yaşanmazkən, Danimarka səlahiyyətlilərinin Türkiyənin Kopenhagendəki səfirliyinə əvvəlcədən məlumat verdiyi və lazımi təhlükəsizlik tədbirləri gördüyü deyilib.

Aksiyadan sonra Türkiyənin reaksiyası, xəbərdarlıqları və gözləntiləri Danimarka səlahiyyətlilərinə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər