30 Aprel 2023 17:16
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynadakı müharibəyə baxmayaraq, Rusiyaya qarşı siyasətim düzgün olub”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

Eks-kansler Donbas münaqişəsinin nizamlanması üçün Minsk prosesinin bir hissəsi kimi səylərini “düzgün” adlandırıb.

“Bu diplomatik cəhdləri təqdir edirəm. Amma çox təəssüf ki, bunda (həlldə) həvəsli olmayan bir neçə nəfər vardı”, - siyasətçi bildirib və qeyd edib ki, bu, həmin vaxt onu dəhşətə gətirib.

Merkel Ukraynadan “çox narahat” olduğunu söyləyib:

“Öz ixtiyarım daxilində bunun qarşısını almağa çalışdım. Bunun nəticə verməməsi bu cəhdin yanlış olduğuna sübut deyil”.

Rusiya-Ukrayna münaqişəsini diplomatik yolla həll etməli olan Minsk prosesinin əsas iştirakçılardan biri Almaniya idi. Merkel həm də uzun müddət Normand formatının – “Minsk prosesi”nin istiqamətini müəyyən edən Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərindən ibarət danışıqlar qrupunun üzvü olub.

Eyni zamanda, Merkel bu dövrdə Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinin, o cümlədən “Şimal Axını 2”nin tikintisinin əsas tərəfdarı idi. Alman mətbuatı bu qərarı “Almaniyanın son illərdəki əsas biabırçılığı” adlandırıb.

Həmçinin, 2008-ci il sammitində Ukraynanın NATO-ya üzvlüyü üçün konkret fəaliyyət planının əsas rəqibi də məhz Merkel idi. Ukraynalı siyasilərə və ekspertlərə görə, məhz buna görə Rusiya Ukraynaya təcavüz etmək qərarına gəlib.

Nəhayət, Merkel Rusiya qoşunlarını artıq Ukrayna sərhədlərinə çıxarmağa başlayana qədər, hakimiyyətinin son günlərinə qədər Ukraynaya istənilən silah tədarükünü şəxsən əngəlləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər