1 May 2023 10:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı hərbi analitik, istefada olan marşal Şon Bellin fikrincə, Ukrayna ordusunun Rusiyaya gözlənilən əks-hücumun başlandığı açıq formada elan edilməyəcək.

Teleqraf.com xəbər verir ki, marşal Ukraynanın ilk addım kimi Rusiyanın maddi-texniki bazasına zərbələr endirəcəyini deyib.

“Bir çoxlarının tənqid etdiyi Rusiyaya əks-hücum yüksək səslə “Biz gəlirik” elanı ilə başlamayacaq”, - Bell bildirib.

Əks-hücumun istiqamətlərinə gəlincə, britaniyalı marşal bunun Azov dənizi sahili boyunca, Krımdan Rusiyaya qədər ola biləcəyini söyləyib:

“Hücumun harada keçiriləcəyinə gəlincə, üç əsas zona var. Donbas bölgəsi, burada şiddətli döyüşlər gedir, əslində bu əraziləri geri qaytarmaq çox çətindir. Krım - burada problem ondan ibarətdir ki, Rusiya burada xeyli güclənib. Ukraynanın irəliləyiş əldə etməsi çox çətin olacaq. Uğur qazanacağı təqdirdə, Ukrayna hücum zamanı əsas diqqəti körpüyə yönəldəcək”.

Ekspert xatırladır ki, Böyük Britaniyada təlim keçən 14 min hərbçi Ukraynaya qayıdıb. Ukrayna artıq vəd olunan texnikanın 98 faizini alıb.

“Demək olar ki, Ukraynanın bu hücuma hazırlıqları başa çatıb”, - marşal əlavə edib.

Analitikin fikrincə, Rusiya Ukrayna müdafiə qüvvələrinin nə edə biləcəyindən çox narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər