2 May 2023 13:35
4 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarda Böyük Britaniyaya casusluq etdiyi üçün edam edilən İran müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri Tehranın nüvə proqramı ilə bağlı məlumatları Qərbə ötürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Nyu-York Tayms” (NYT) qəzeti yazır.

Nəşrin yazdığına görə, onun ifşa edilməsində əsas rolu Rusiya xüsusi xidmət orqanları oynayıb. Ruslar Fordo nüvə müəssisəsi haqda məlumatı Qərbə ötürənin məhz Əkbər olduğunu öyrənə biliblər.

NYT Qərb, İsrail və İran mənbələrinə istinadla iddia edir ki, Fordoda yeraltı uran zavodunun olması barədə məlumatı məhz Əkbəri sızdırıb.

Əlirza Əkbəri “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) zabiti kimi İran-İraq müharibəsində iştirak edib. Müharibə başa çatdıqdan sonra karyerasında sürətlə irəliləyən Əkbəri 90-cı illərdə İran müdafiə nazirinin müavini olub.

Vəzifəsindən ayrıldıqdan sonra Londona köçüb, amma İran rejimi ilə əlaqələrini qoruyub saxlayıb. İddiaya görə, 2004-cü ildə Britaniya kəşfiyyatı tərəfindən işə götürülüb. 2012-ci ildə Britaniya vətəndaşlığını alıb. Davamlı olaraq ailə məsələlərinə görə İrana səfər edib. Səfərlərinin birində, 2019-cu ildə həbs olunub, bu il isə edam edilib.

Britaniya Əkbərinin edamı ilə əlaqədar İrana nota vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər