Avropa Komissiyası (AK) Ukraynadan taxılın Şərqi Avropanın beş ölkəsinə ixracına qadağa qoyub, bu kənd təsərrüfatı məhsulunun Aİ-nin digər ölkələrinə tranzitinə və ixracına icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
Məhdudiyyət mayın 2-dən iyunun 5-dək qüvvədə olacaq. Bu müddət ərzində Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyadan başqa bütün Aİ ölkələrində Ukraynadan gələn buğda, qarğıdalı, günəbaxan və kolza sərbəst satıla bilər.
"Bu məhsullar bu ölkələr vasitəsilə tranzit olunmağa davam edə bilər", - məlumatda deyilir.