3 May 2023 23:49
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna pilotsuz təyyarəsinin Kremlə hücumundan sonra prezident Vladimir Zelenski və komandasının fiziki məhvindən başqa çarə qalmadı.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında bildirib.

“Bugünkü terror aktından sonra Zelenskinin və onun kabinetinin fiziki məhvindən başqa çıxış yolu yoxdur. Onun qeyd-şərtsiz təslim olma aktını imzalamasına belə ehtiyac yoxdur”, - o yazıb.

Qeyd edək ki, mayın 3-nə keçən gecə dövlət başçısının mətbuat xidməti iki Ukrayna pilotsuz təyyarəsinin Kremldə prezident Vladimir Putinin iqamətgahına hücumu barədə məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər