ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya 300 milyon avro dəyərində növbəti hərbi yardım paketi ayırıldığını bəyan edib.
Teleqraf.com xəbər verir ki, Blinken paketə əlavə HIMARS sursatlarının, haubitsaların, artilleriya və tank sursatlarının, tank-əleyhinə silahların, raketlərin, kiçik silah və sursatlarının, ağır texnikanın daşınması üçün yük maşınlarının, ehtiyyat hissələrin və digər sahə ləvazimatların daxil olduğunu bildirib.
Qeyd edək ki, bu, müharibə başladıqdan sonra ABŞ-ın Ukraynaya 37-ci təhlükəsizlik yardım paketidir.