Danimarka və Almaniya Ukraynaya 80 "Leopard 1" tankı təhvil verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen TV2 telekanalına bildirib.
Onun sözlərinə görə, iyunun 1-dək tanklar Ukraynada istifadəyə hazır olmalıdır.
Poulsen hazırda Berlində səfərdədir və burada Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşür.