Rusiyanın muxtar respublikalarından birində silsilə zəlzələlər baş verib. Belə ki, Buryatiya Respublikasında sutka ərzində bir-birinin ardınca 8 zəlzələ qeydə alınıb.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istindən verdiyi məlumata görə, təkanlardan ən güclüsü 4,9 bal gücündə olub.
Zəlzələlərin episentri Severomuysk yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.
Sayca səkkizinci zəlzələ yanvarın 4-ü, səhərə yaxın baş verib. Dağıntı və tələfat qeydə alınmayıb.