9 May 2023 13:13
3 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sivilizasiya bu gün yenidən həlledici dönüş nöqtəsindədir, Rusiyaya qarşı yenidən müharibə aparılır, amma ölkə öz təhlükəsizliyini təmin edə biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qızıl Meydanda Qələbə Paradında çıxışı zamanı deyib.

“Bu gün sivilizasiya yenidən həlledici dönüş nöqtəsindədir. Vətənimizə qarşı növbəti dəfə əsl müharibə başladılıb, amma biz beynəlxalq terrorizmi dəf edirik, Donbas sakinlərini qoruyacağıq, təhlükəsizliyimizi təmin edəcəyik”, - prezident bildirib.

Vladimir Putin onu da qeyd edib ki, həm Qərbdə, həm də Şərqdə Rusiyaya dost olmayan, düşmən xalq var. Onun sözlərinə görə, Rusiya da planetdəki insanların böyük əksəriyyəti kimi dinc, azad və sabit gələcək görmək istəyir.

Rusiya lideri iddia edir ki, Qərb ölkələri öz qaydalarını, əslində talan və zorakılıq sistemini diktə etmək üçün münaqişələr və çevrilişlər törədir, ənənəvi dəyərləri məhv edir.

“İnanırıq ki, mükəmməlliyə nail olmaq üçün istənilən ideologiya mahiyyətcə iyrənc, cinayətkar və ölümcüldür. Amma Qərbin qlobalist elitası əvvəlki kimi öz müstəsnalıqlarında israr edir, insanları bir-birinə qarşı qoyur və cəmiyyətləri qızışdırır, qanlı münaqişələr və çevrilişlər törədir, Rusiyaya nifrət, kin, aqressiv millətçilik aşılayır”, - Putin söyləyib.

Rusiya lideri əlavə edib:

“Görünür, onlar faşistlərin dünya üstünlüyünə olan səfeh ambisiyalarının nəyə gətirib çıxardığını, o dəhşətli şəri kimin məğlub etdiyini, doğma yurdlarının önündə divar kimi dayanıb, Avropa xalqlarının azadlığı yolunda canlarını əsirgəməyənləri unudublar.

Onların məqsədində yeni heç nə yoxdur: ölkəmizin süqutuna və məhvinə nail olmaq, İkinci Dünya Müharibəsinin nəticələrini silmək, nəhayət, təhlükəsizlik və beynəlxalq hüquq sistemini sındırmaq, istənilən suveren inkişaf mərkəzini boğmaqdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər