9 May 2023 23:31
2 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hürriyət" qəzetinin yazarı Ahmet Hakan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbul mitinqi ilə bağlı mühüm açıqlama verib.

Teleqraf.com xəbər verir ki, jurnalist mitinqin kifayət qədər izdihamlı keçdiyini bildirib.

"Məhərrəm İncənin 2018-ci ildə İstanbulda Maltəpə meydanında keçirdiyi mitinqi CHP tarixinin ən böyük mitinqi idi. Seçkidən sonra belə bir açıqlama verildi ki, İstanbuldakı bu mitinq İncəyə qarşı işlədi. Çünki mitinq AKP seçicilərini ürkütdü və onları qutuda birləşdirdi.

Kılıçdaroğlunun son İstanbul mitinqi İncənin 2018-ci ildəki mitinqi ilə müqayisədə bir az zəif olanda bəzi CHP-çilər dedilər ki, yaxşı oldu, İncənin başına gələnlər Kılıçdaroğlunun başına gəlməyəcək. Kılıçdaroğlunun mitinqi İncəni ötsəydi, yenə də belə deyərdilər? Çox da əmin deyiləm.

Ərdoğanın İstanbul mitinqinə gəlincə, iştirakçıların sayı ilə bağlı fərziyyələrə keçməzdən əvvəl bunu demək istərdim: izdiham böyük idi. Başqa şəhərlərdən daşınmalar olmadı. İştirakçıların coşqusu yüksək idi. Bu mitinq AKP üçün böyük bir mənəvi dəstək oldu, seçicilərin əhval-ruhiyyəsini yüksəltdi, onları coşdurdu", - Hakan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər