13 May 2023 00:12
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) baş katibi və "Millət Birliyi"ndən prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddialarına cavab verib.

Teleqraf.com bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

"K.Kılıçdarğlu indi də Rusiyaya sataşmağa başladı. O, Rusiya tərəfinin hansısa “müdaxiləsindən” danışır. Utan! Utan! Bu gün buna bənzər bir şey səsləndirsəm və Türkiyədəki seçki proseslərində ABŞ, Almaniya, Fransa və ya Böyük Britaniyanın müəyyən “izindən” danışsam, reaksiyanız necə olacaq?", - deyə R.T.Ərdoğan bildirib.

O, xarici ölkələrlə təmasda 20 illik təcrübəyə malik olduğunu və onların əsl niyyətlərini yaxşı bildiyini xatırladıb.

R.T.Ərdoğan bir sıra Qərb mediasının hazırkı hakimiyyətin əleyhdarlarını dəstəkləyən yazılarına diqqət çəkib. "Onlar kimdir ki, Türkiyədəki seçkilərə müdaxilə etsinlər. Qərarı onlar [Qərb] yox, Türkiyə xalqı verəcək!", - deyə siyasətçi vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, K.Kılıçdaoğlu və onun kimilərin bəyanatlarının müəllifləri ölkənin inkişafını dayandırmağa çalışan, “Türkiyə əsri" konsepsiyasının məqsədlərinə nail olunmasının qarşısını almağa çalışan qüvvələrdir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər