"14 May seçkilərinin sülh və əmin-amanlıq şəraitində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə qeyd edib.
"Seçki müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm", - paylaşımda deyilir.