İşğal edilmiş Donetskdəki separatçı rejimin rəhbəri Denis Puşilin Ukrayna ordusunun bütün cəbhə xətti boyunca fəallaşması ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, baş separatçı Ukrayna hərbçilərinin işğal edilmiş ərazilərə sızdıqlarını da etiraf edib.
“Ukrayna ordusu bəzi ərazilərdə gedən döyüşlərdə Rusiyanın mövqelərini öyrəbməyə və kəşfiyyat aparmağa çalışır. Biz bütün təmas xətti boyunca real aktivləşməni görürük”, - Puşilin bildirib.