ABŞ-ın “Vaşinqton Post” qəzeti Rusiyanın muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Ukraynaya bir təklif verdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Priqojinin Ukrayna qüvvələrinin Baxmutdan çıxarılması müqabilində yanvarda Rusiya ordusunun mövqeləri ilə əlaqəli məlumatları satmağı təklif etdiyi və bunun Ukrayna Kəşfiyyat Xidməti vasitəsilə edildiyi bildirilir.
Amerika nəşri Ukraynanın bu təklifi rədd etdiyini yazır.
Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan Priqojin Rusiya hərbi komandanlığını sursatla təmin edilmədiyi üçün “Vaqner”i Baxmutdan çəkəcəyi ilə hədələmişdi.
“Vaqner” lideri ötən həftə yaydığı səsli mesajda bildirmişdi ki, o və əsgərləri bölgəni tərk etsələr, Rusiyada “satqın” sayılacaqlar.
Yevgeni Priqojin hərbi-siyasi çevrələrdə “Putinin aşpazı” ləqəbi ilə tanınır.