Ukrayna ordusu Rusiyanın hərbi mövqelərini Böyük Britaniyaya məxsus "Storm Shadow" (Fırtına Kölgəsi) uzaqmənzilli raketləri ilə vurur.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Böyük Britaniya və Fransanın birgə istehsalı olan uzunmənzilli qanadlı raketlər Ukraynada müharibənin gedişatında ciddi dönüş yaradıb. 250 km uzaqlıqdakı hədəfləri vura bilən raket Kiyevin döyüş qabiliyyətini xeyli artırıb.