Rusiya Finlandiyanın bu ölkədəki səfirlik və baş konsulluğunun bank hesablarını dondurub.
Teleqraf.com xəbər verir ki, məlumatı Finlandiyada nəşr olunan “Helsingin Sanomat” qəzeti yayıb.
Finlandiya Xarici İşlər Nazirliyi sözügedən hesablara daxil olmağın qeyri-mümkünlüyünü nəşrə təsdiqləyib. Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.
Məlumata görə, Finlandiya məsələ ilə bağlı Rusiya rəsmiləri ilə əlaqə saxlayıb.