Türkiyə bir seçkini demokratiya bayramı ilə başa çatdırdı. 28 Maydan ümidini kəsən CHP sədri daha zəhərli aksentdən istifadə edir. Seçkidən əvvəl taxdığı demokrat maskası cırıldığından altından təkpartiyalı CHP-nin qaranlıq və çirkin siması üzə çıxdı.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.
"Nifrət dolu bəyanatları ilə cəmiyyətimizi düşmənləşdirir. Məlum oldu ki, CHP sədr əsl diktator həvəskarı imiş. CHP sədri nə edirsə etsin, separatçı təşkilatla, FETÖ ilə, sələmçilərlə, LGBT-lərlə, imperialistlərlə yol getdiyini gizlədə bilmir. Buradan səslənirəm: Bu CHP LGBT-çidir, HDP LGBT-çidir, İYİ Partiya LGBT-çidir. LGBT AK Partiyaya, MHP-yə, “Cümhur İttifaqı”na sıza bilməz", - deyə bildirib.