"TikTok" ABŞ-ın Montana ştatını məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Biz biznesimizi və Montanadakı yüz minlərlə "TikTok" istifadəçisini qorumaq üçün Montanada "TikTok"a gətirilən qeyri-konstitusiya qadağasına etiraz edirik”, - deyə şirkətin məhkəməyə müraciətində bildirir.
Xatırladaq ki, Montana ştatının qubernatoru ştatın ərazisində "TikTok" sosial şəbəkəsinin istifadəsini qadağan edib.