Türkiyə prezidentinin Kommunikasiya Xidmətinin rəhbəri Fəxrəddin Altun CHP sədri Kamal Kılıçdaroğlunun Prezident Rəcəb Tayyib Ərdoğan haqqında dediyi “montajçı saxtakar” sözlərinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, xidmət rəhbəri CHP liderinin bunun hesabını verəcəyini deyib.
“Əziz millətimiz Prezidentimiz Rəcəb Tayyib Ərdoğana qarşı edilən hər təhqir və xain hücumun hesabını tələb edib. Yenə tələb edəcək.
Terror təşkilatlarına dəstək verən, onların nümayəndələri ilə bağlı qapılar arxasında gizli sövdələşmələr aparan, özlərini axmaq yerinə qoyub dondan-dona girən siyasətçilərə əziz millətimiz lazımi dərsi verəcək. Xarici güclərin içimizə səpməyə çalışdığı nifrət toxumlarının cücərməməsi üçün bundan sonra da çalışacağıq və şəffaf siyasəti müdafiə edəcəyik. Prezidentimizin dediyi kimi, biz sevgi mədəniyyətinin yayılmasına çalışırıq. Bu çirkin ifadələri prezidentimizə aid edənlərdən bir daha millətimizə şikayət edir və millətimizin bizə göstərəcəyi istiqaməti səbirsizliklə gözləyirik”, - Altun bildirib.