24 May 2023 10:45
12 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın keçmiş prezidenti Barak Obama arasındakı telefon danışığı ilə bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Kalın prezident olarkən Obamanın “təcili” şifrəsi ilə Ərdoğanla görüşmək istədiyini bildirib.

Türkiyə prezidentinin sözçüsü məlum telefon danışığı ilə bağlı bunları deyib:

“PKK-nın Suriyada özünü qurmaq üçün göstərdiyi səylər vardı. Obama administrasiyasının PYD və YPG ilə əməkdaşlığa necə qərar verdiyini xatırlayıram. Səhər saat 05:00-da Ankaraya endik. “Təcili” şifrəsi ilə Obama cənab prezidentlə görüşmək istədi. Dedi ki, PYD-yə yardım göndərəcəyik, sizi məlumatlandırırıq. Cənab prezident “Böyük səhv edirsiniz, bu Kobanidəki kürdlərə yox, PYD-yə köməkdir, bu addımı atmayın, sizi xəbərdar edirik” cavabını verdi. Obamaya dedi ki, gəlin, Kobanini birlikdə xilas edək.

Televiziyalar aramsız Kobanidən yayım edirdilər. Suriya müharibəsində dəyişikliyə getdilər. Olaylar başlayanda, “Ərəb baharı” çərçivəsində və sair. Suriyaya da yayıldı. O zaman ABŞ deyirdi ki, Suriya xalqının yanındayıq, Əsəd rejimi legitimliyini itirib. Bundan sonra Obama administrasiyası Suriya Milli Məclisini, türkmənləri, ərəbləri və PKK üzvü olmayan kürdləri bir kənara qoyaraq PYD ilə əməkdaşlıq etmək qərarına gəldi. Bunun bəhanəsi də İŞİD-lə mübarizə idi. Bu mübarizə adı altında daha bir terror təşkilatına dəstək verdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər