26 May 2023 08:15
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycan və Ermənistan arasında danışıqların davam etdirilməsini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller deyib.

"Bu, bizim üçün prioritet olmaqda davam edir. Katib Blinken bir neçə həftə əvvəl Vaşinqtonda hər iki tərəfi salamladı. Bundan sonra danışıqlar Brüsseldə davam etdirilib. Biz danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Qarşıda duran məsələlər üzrə razılığa gəlmək üçün tərəflərin işini dəstəkləməyə davam edəcəyik. Dövlət katibi bu məsələ ilə məğul olmağa davam edəcək", - deyə o əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər