6 Yanvar 2015 03:21
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ebola" virusundan ölənlərin sayı sürətlə atmaqda davam edir. Qərbi Afrikada “Ebola” virusundan ölənlərin sayı 8 153 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) növbəti açıqlamasında bildirilir.

Yanvarın 5-ə olan məlumata görə, daha 20 656 nəfər virusa yoluxub.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb. Həmçinin, Nigeriyada 8, Malidə - 7, ABŞ-da isə 1 nəfər Ebolanın qurbanı olub.


Müəllif: