27 May 2023 18:54
4 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımda administrasiya bir çox mülkləri, o cümlədən Ukrayna Prezidenti Vladimir Zelenskinin yay iqamətgahı kimi istifadə etdiyi evi ələ keçirib.

Teleqraf.com xəbər verir ki, Rusiya hökuməti özgəninkiləşdirilən əmlakları hərracda satacaq və əldə olunan gəliri Ukraynadakı müharibənin maliyyələşdirilməsinə sərf edəcək.

Krımın ruspərəst qubernatoru Sergey Aksenov yarımadada “düşmən” kimi təsvir edilən ukraynalı iş adamlarına məxsus 57 mülkü müsadirə edəcəklərini açıqlayıb: “Krım bir sıra binalarda öz hüquqlarını geri alacaq. Rusiyanın düşmənləri Krımda pul qazana bilməyəcək”.

Müsadirə edilən əmlaklar arasında mülkiyyət hüququ Zelenskinin həyat yoldaşına aid olan Qara dəniz sahilindəki Yaltada üç otaqlı dəbdəbəli ev də var. Müharibə səbəbindən 800 min dollar dəyərində olan evdə Zelenskilər ailəsinin istifadə etməyə çox vaxtı olmayıb.

Bundan əlavə, Rusiyanın Krımda müsadirə etməyi planlaşdırdığı mülklər arasında Akmescitdəki Krım Tatar Milli Məclisinin binası da var.

Rusiya rəsmiləri ilhaqdan sonra Krımda xüsusi mülklər hüququna hörmətlə yanaşacaqlarını bəyan etsə də, Ukraynanın işğalından sonra Krım rəhbərliyi bölgədə müsadirə olunacaq mülklərin siyahısını hazırlamağa başlayıb.

Bildirilir ki, indiyədək ukraynalı iş adamlarına məxsus çoxlu sayda mülk müsadirə edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər