28 May 2023 21:20
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 98 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan - 52,10%, Kamal Kılıçdaroğlu isə 47,90% səs toplayıblar.

***
20:37

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 92 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.

***

20:03

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 82,64 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 53,41 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu isə 46,59 faiz səs toplayıb.

19:39

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində səsvermə bülletenlərinin 55 faizi sayılıb.

Teleqraf.com xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 55,80 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,20 faiz səs toplayıb.

***

19:15

Türkiyə Yüksək Seçim Qurumu ikinci tur prezident seçkilərinin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

İlkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,09 faiz, Kemal Kılıçdaroğlu 42,91 faiz səs.

İndiyədək seçki qutularının 42,78 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər