29 May 2023 20:27
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radası İrana qarşı sanksiyaları təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın "Facebook" hesabında məlumat verilib.

9333 saylı müvafiq qərarın qəbul edilməsinə 328 deputat səs verib.

Sanksiyalar 50 il müddətinə qüvvədə olacaq.

Sanksiyalar İran vətəndaşları ilə hərbi və ikili təyinatlı mallarla ticarət əməliyyatlarına və bu cür malların satışı, saxlanması və istehsalı ilə bağlı xidmətlərə tam qadağanın tətbiqini; qeyd olunan əməliyyatlarla bağlı İran vətəndaşları tərəfindən Ukrayna ərazisindən resursların tranzitini, uçuşları və daşımalarını dayandırmağı; İran vətəndaşlarının xeyrinə iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsini dayandırmağı, bundan əlavə, İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının ötürülməsinin qadağan edilməsini, İrana hər hansı sərmayənin qoyulmasına qadağanı ehtiva edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər